Yeni Zelandiyada 5,9 bal gücündə zəlzələ baş veribbackend

Yeni Zelandiyada 5,9 bal gücündə zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiyanın Kermadek arxipelaqı yaxınlığında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Editor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Moskva vaxtı ilə saat 01:27-də qeydə alınıb. Zəlzələnin ocağı təxminən 10 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, iyulun 28-də Yaponiyanın Kyuşu bölgəsində də güclü zəlzələ baş verib. Yaponiya Meteorologiya Agentliyi (JMA) zəlzələnin maqnitudasını 7,1, ABŞ Geoloji Xidməti isə sonradan 6,8 olaraq qiymətləndirib.

Zəlzələnin episentri Kyuşu adasının cənubunda, Kumamoto şəhərindən təxminən 20 kilometr aralıda yerləşib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət nəticəsində ən azı 13 nəfər həyatını itirib.

Zəlzələ nəticəsində yollar və körpülər zərər görüb, bir neçə binada yanğın baş verib. Qatarların hərəkəti dayandırılıb, minlərlə ev elektrik enerjisiz qalıb.

Bundan əlavə, Yaponiyada əsas zəlzələdən sonra 100-dən çox afterşok qeydə alınıb.

//Gülnarə Abasova, Editor.az