Bu gün Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Əhməd Cəmil, Süleyman Dadaşov, Bəsti Bağırova və Həsən Məcidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilərdə yaşayan abonentlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcəklər.

