Paşinyan istefa verdi – VİDEObackend

Paşinyan istefa verdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazir sosial şəbəkə hesablarında paylaşım edib.

“Konstitusiyanın 158-ci maddəsinə uyğun olaraq, yeni seçilmiş parlamentin fəaliyyətinin ilk günü hökumət istefa verir”, – deyə o qeyd edib.

Yayılan videoda Paşinyan hökumətin istefası ilə bağlı sənədi imzalayaraq Ermənistan prezidentinə təqdim edib.

Baş nazir vurğulayıb ki, istefa verən hökumətin üzvləri yeni hökumət formalaşana qədər öz səlahiyyətlərini icra etməyə davam edəcəklər. Onun sözlərinə görə, Ermənistan prezidenti yeni parlament fəaliyyətə başladıqdan dərhal sonra parlament çoxluğunun namizədini baş nazir təyin edəcək.

Qeyd edək ki, hökumətin istefası əvvəlcədən planlaşdırılmış prosedur çərçivəsində baş verib. Bu addım avqustun 2-də Ermənistanın IX çağırış yeni parlamentinin fəaliyyətə başlaması ilə əlaqədardır.

Xatırladaq ki, son parlament seçkisinin nəticələrinə əsasən, Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49.7 faizindən çoxunu qazanıb. Bu nəticə partiyaya təkbaşına yeni hökumət formalaşdırmaq imkanı verir.