Trampın son anda fikrini dəyişən şəxs o imiş – İranla bağlı gizli detallarbackend

Trampın son anda fikrini dəyişən şəxs o imiş – İranla bağlı gizli detallar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın İrana zərbə planından niyə imtina etdiyi üzə çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “N12” telekanalı məlumat yayıb.

Belə ki, Trampın İrana qarşı planlaşdırdığı hərbi əməliyyatı son anda dayandırmasının arxasında diplomatik təmasların dayandığı iddia olunur.

“Həlledici məqamlardan biri İranın xarici işlər naziri Abbas Əraqçinin Qətər vasitəçiləri və ABŞ tərəfindən hazırlanmış kompromis təklifinə razılıq verməsi olub.

Təklif Hörmüz boğazında gəmiçiliyin bərpasını nəzərdə tutur. Sənədə görə, körfəz istiqamətində hərəkət edən gəmilər İranın, çıxış edən gəmilər isə Omanın dəniz məkanından istifadə etməlidirlər.

Oman da bu mexanizmi dəstəkləyib. Bununla yanaşı, Maskat Tehran rəhbərliyindən Abbas Əraqçinin mövqeyinin İran İnqilab Keşikçiləri Korpusu tərəfindən də dəstəklənib-dəstəklənmədiyinə dair dəqiqləşdirmə istəyib”, – deyə bildirilib.

Eyni zamanda, ABŞ rəsmilərinin sözlərinə görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman telefon danışığında Donald Trampa İrana qarşı genişmiqyaslı hücumun regionda vəziyyəti daha da gərginləşdirə biləcəyi ilə bağlı narahatlığını çatdırıb:

“Bundan başqa, Qətər, Pakistan və digər vasitəçi ölkələrin rəsmilərinin gecə saatlarında Vaşinqton və Tehran arasında gərginliyin yenidən artmasının qarşısını almaq üçün intensiv diplomatik danışıqlar apardığı bildirilir.

Məlumata görə, bu çərçivədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff da təmaslarda iştirak edib”.