Ermənistan parlamentinin sədri vəzifəsinə namizəd Ruben Rubinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxın gələcəkdə tam normallaşa biləcəyini deyib.
Globalinfo.az xəbər verir ki, Rubinyanın sözlərinə görə, İrəvan bu prosesin sürətlənməsində maraqlıdır və Ankara ilə dialoqun yeni mərhələyə keçəcəyinə ümid edir.
O qeyd edib ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi tarixən mürəkkəb olub və hazırda Ermənistan–Azərbaycan istiqamətində əldə olunan irəliləyişdən geri qalır.
Rubinyan bildirib ki, Azərbaycan əvvəllər Ermənistanla dəmir yolu tranzitinə tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb. Onun sözlərinə görə, hazırda iki ölkə arasında neft məhsullarını da əhatə edən birbaşa ticarət davam edir.
Rubinyan qeyd edib ki, həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlər müsbət dinamika ilə davam edəcək.

