Rusiya üçün döyüşən xaricilərin VİDEOsu yayıldı: İran, Qana, Keniya, Çin, Kolumbiya…backend

Rusiya üçün döyüşən xaricilərin VİDEOsu yayıldı: İran, Qana, Keniya, Çin, Kolumbiya…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə xarici muzdlulardan istifadə etməsini əks etdirdiyi iddia olunan yeni görüntülər sosial şəbəkələrdə yayılıb.

Musavat.com xəbər verir ki, kadrlarda Rusiya ordusunun sıralarında döyüşən müxtəlif ölkələrdən olan muzdlular özlərini təqdim edir, hansı ölkədən gəldiklərini, yaşlarını və qısa bioqrafiyalarını danışırlar.

Videoda Keniya, Qana, Kolumbiya, Çin, İran və digər ölkələrdən olan şəxslərin yer aldığı görünür. Onlar adlarını, yaşlarını və Rusiyaya necə gəldikləri barədə məlumat verirlər.

Son illərdə Rusiya ordusunun canlı qüvvə çatışmazlığını kompensasiya etmək üçün müxtəlif ölkələrdən xarici vətəndaşları cəlb etdiyi barədə çoxsaylı məlumatlar yayılıb. Beynəlxalq media və araşdırma mərkəzlərinin hesabatlarında da Afrika, Asiya və Latın Amerikası ölkələrindən şəxslərin müxtəlif vədlərlə Rusiyaya aparıldığı, onların bir hissəsinin sonradan Ukrayna cəbhəsinə göndərildiyi bildirilir.

Yayılan videonun harada və nə vaxt çəkildiyi müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib. Buna görə də görüntülərdə yer alan şəxslərin həqiqətən Rusiya ordusunun tərkibində döyüşüb-döyüşmədiyi barədə rəsmi təsdiq yoxdur. Bununla belə, videoda iştirak edən şəxslər özlərini müxtəlif ölkələrdən gəlmiş muzdlu döyüşçülər kimi təqdim edirlər.