Günəşdə son iki həftə ərzində ilk dəfə olaraq iki güclü M sinifli Günəş partlaması müşahidə edilib.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Qeyd edək ki, mart ayının sonunda Yer kürəsini güclü maqnit qasırğası vurmuşdu. Alimlər həmin hadisəni G3 səviyyəli geomaqnit qasırğası kimi qiymətləndiriblər. Bu, son on ilin ən güclü maqnit qasırğalarından biri hesab olunur və ən yüksək səviyyə olan G5 göstəricisinə yaxın olub.
Günəş alışmaları gücünə görə beş kateqoriyaya bölünür: A, B, C, M və X. Ən zəif səviyyə A0.0 hesab edilir və bu, Yer orbitində hər kvadratmetr sahəyə düşən 10 nanovatlıq enerji axınına uyğundur. Hər növbəti sinifdə enerji gücü təxminən on dəfə artır.
Mütəxəssislərin sözlərinə görə, Günəşdə baş verən aktivlik Yer kürəsində geomaqnit mühitinə, rabitə sistemlərinə və texnoloji infrastruktura təsir göstərə bilər.
//Gülnarə Abasova, Editor.az

