İranın dəhşətli silahı: istifadə etsə, dünya iflic olacaq – Kontr-admiralbackend

İranın dəhşətli silahı: istifadə etsə, dünya iflic olacaq – Kontr-admiral

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ İranın cavab hücumlarının qarşısını almaq üçün atəşkəs danışıqlarından gecikdirmə taktikası kimi istifadə etdi”.

Globalinfo.az xəbər verir ki, bunu ehtiyatda olan türkiyəli kontr-admiral Prof. Dr. Cihat Yaycı deyib.

O, ABŞ-ın İrana qarşı potensial “blokada” planının artan təhlükəsi barədə GZT-nin baş redaktoru Doğukan Gezerin təqdimatında yayımlanan “Xəritə” proqramında maraqlı fikirlər səsləndirib.

Ekspertin sözlərinə görə, bu proses zamanı amfibiya hücum gəmiləri və sualtı qayıqlar Hörmüz boğazından keçərək körfəzdə yerləşdilər:

“Məqsəd İranın Xarq adasındakı neft ixracını dayandırmaqdır. ABŞ-ın blokada planına qarşı İranın ən böyük silahı Kəngər körfəzini, Oman körfəzini və husilər vasitəsilə Bab əl-Məndəb boğazını qlobal ticarət üçün bağlamaqdır. Bu üç dəniz bağlanarsa, neft qiymətləri və dollar nəzarətdən çıxa bilər. Belə bir böhranda Avropa və Türkiyə kimi ölkələr ciddi iqtisadi böhranla üzləşə bilər”.