Ölkədə yeni dələduzluq forması peyda OLUB – Vətəndaşın adına onlayn kredit götürüldübackend

Ölkədə yeni dələduzluq forması peyda OLUB – Vətəndaşın adına onlayn kredit götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naməlum şəxslər “Kredaqro” BOKT adından dələduzluq edirlər.

Bununla bağlı Milli.Az-a şikayət daxil olub.

Məlumata görə, hadisə martın 29-da baş verib. Nizami rayon sakini A.M. bildirir ki, sosial şəbəkə vasitəsilə əlaqə saxlayan şəxslər özlərini “Kredaqro”nun əməkdaşı kimi təqdim edib və onunla Ukrayna nömrəsi ilə əlaqə saxlayıb.

Bildirib ki, həmin şəxslər zərərçəkənin şəxsi məlumatlarından istifadə edərək adına kredit rəsmiləşdiriblər. Daha sonra zərərçəkən BOKT-la əlaqə saxlayıb və adında kredit olduğunu öyrənib. Lakin həmin vəsait onun bank kartına köçürülməyib:

“Mənə dedilər ki, kredit sizin hesabınızdadır, sizin adınıza açılıb. 222 manat ödəməlisiniz. 3 ay ərzində 84 manat. Məni onlar vasitəsilə aldadıblar. Mən krediti necə ödəyim? 84 manat az pul deyil axı. Ayın 29-da ödəniş etməliyəm. Amma etməyəcəm. Çünki həmin pulu görməmişəm”.