Alimlər qucaqlaşmanın əsas faydalı təsirlərini müəyyən ediblərbackend

Alimlər qucaqlaşmanın əsas faydalı təsirlərini müəyyən ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zehni pozuntuların qarşısının alınması və müalicəsinə həsr olunmuş INECO təşkilatının mütəxəssislərinin fikrincə, qucaqlaşma orqanizmdə stressi azaldan və emosional rifahı dəstəkləyən bir sıra fizioloji reaksiyaları işə salır.

Editor.az Infobae nəşrinə istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qucaqlaşma tənəffüsü və ürək döyüntüsünün sürətini yavaşladır, əzələ gərginliyini azaldır, istirahət və bərpa proseslərinə cavabdeh olan parasempatik sinir sistemini aktivləşdirir. Eyni zamanda, orqanizmdə bağlanma hormonu kimi tanınan oksitosinin səviyyəsi yüksəlir ki, bu da təhlükəsizlik və güvən hissinin formalaşmasında mühüm rol oynayır.

Bununla yanaşı, əhval-ruhiyyənin tənzimlənməsində mühüm rol oynayan serotoninin istehsalı da artır. Bu dəyişikliklərin cəmi narahatlıq səviyyəsinin azalmasına və emosional rifahın yüksəlməsinə töhfə verir.

Mütəxəssislər həmçinin qeyd edirlər ki, qucaqlaşma aidiyyət hissini gücləndirir, qorxu, kədər və psixoloji ağrı kimi çətin emosiyaların yaşanmasını və qəbulunu asanlaşdırır. Bu baxımdan, fiziki təmas emosional özünü tənzimləmə üçün sadə, lakin olduqca təsirli bir vasitə kimi çıxış edir.

//Gülnarə Abasova, Editor.az