Arda Gülər ilə bağlı ŞOK İDDİA – Bu kluba keçə bilərbackend

Arda Gülər ilə bağlı ŞOK İDDİA – Bu kluba keçə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çelsi ilə bağlı İngiltərə mətbuatında yayılan sensasion iddia futbol gündəmini silkələyib.

London klubunun yeni baş məşqçisi Xabi Alonso Real Madrid formasını geyinən gənc ulduz Arda Güleri komandasında görmək istəyir.

İddialara əsasən, Xabi Alonso “Real Madrid”də birgə çalışdığı türkiyəli futbolçunun transferində israrlıdır. İngiltərə mediası bu mümkün keçidi “xəyal transferi” adlandırır.

Məlumata görə, “Çelsi” Arda Güler üçün rekord məbləğdə – 150 milyon avroya qədər təklif hazırlaya bilər. Bu transferin baş tutacağı halda, Arda klub tarixinin ən bahalı transferlərindən birinə çevrilə bilər.

Digər tərəfdən, İspaniya mətbuatında yer alan xəbərlərdə “Real Madrid” rəhbərliyinin mövqeyinin dəqiq olduğu bildirilir. Klubun Arda Güləri hər hansı oyunçu mübadiləsinə daxil etmək istəmədiyi, yalnız yüksək transfer təklifi olacağı təqdirdə məsələyə baxa biləcəyi vurğulanır.

Qeyd olunur ki, “Real Madrid” rəhbərliyi gənc futbolçunu klubun gələcək layihəsinin əsas parçalarından biri hesab edir. Buna görə də onun ayrılığı yalnız xüsusi şərtlər daxilində mümkün ola bilər.

Arda Güler ötən mövsüm Madrid təmsilçisinin heyətində 51 rəsmi matçda meydana çıxıb. 21 yaşlı futbolçu həmin qarşılaşmalarda 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Milli ulduz ümumilikdə 20 qola birbaşa töhfə verərək komandasının ən diqqət çəkən oyunçularından birinə çevrilib.

Musavat.com