16 yaşlı yeniyetmə faciəvi şəkildə öldü – FOTObackend

16 yaşlı yeniyetmə faciəvi şəkildə öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Bursa şəhərində faciəli hadisə baş verib.

Böyükorhan rayonunda yerləşən suvarma gölməçəsində çimən 16 yaşlı Mustafa boğularaq həyatını itirib.

Məlumata görə, yeniyetmə dostları ilə birlikdə Aktaş məhəlləsindəki gölməçəyə üzmək üçün daxil olub. Bir müddət sonra Mustafanı görməyən dostları vəziyyətdən şübhələnərək Təcili Yardım Mərkəzinə məlumat veriblər.

Hadisə yerinə AFAD, jandarma, təcili tibbi yardım briqadaları və dəniz polisi dalğıcları cəlb olunub. Gölməçədə aparılan genişmiqyaslı axtarışlardan sonra dalğıclar yeniyetmənin cansız bədənini sudan çıxarıblar.

Mustafanın meyiti ekspertiza üçün morqa aparılıb. Hadisə ilə bağlı araşdırma başladılıb.

Musavat.com