Avropa İttifaqı Ermənistana parlament seçkisindən sonra maliyyə və iqtisadi dəstək göstərəcəyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas açıqlama yayıb.
Onun sözlərinə görə, yardım paketi artıq yekunlaşmaq üzrədir. O, İrəvanın Avropa istiqamətində irəliləmək arzusunu müşahidə etdiyini xüsusi vurğulayıb.
“Aİ Ermənistan üçün iqtisadi dəstək paketi hazırlayır və biz onların tərəfdaşı olmağa davam edəcəyik”, – deyə avropalı siyasətçi qeyd edib.
Xatırladaq ki, baş nazir Nikol Paşinyanın partiyası seçkilərdə 50 faizlik baryeri keçə bilməsə də, səslərin yenidən bölüşdürülməsi və milli azlıqlar üçün nəzərdə tutulmuş mandatlar hesabına parlamentdə lazımi miqdarda yer əldə edəcək.


