Avropa İttifaqının Rusiyaya qarşı yeni qərarıbackend

Avropa İttifaqının Rusiyaya qarşı yeni qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) energetika nazirləri və Aİ Komissiyasının enerji komissarı Kadri Simson Lüksemburqda görüşüblər.

Editor.az xarici mediaya istinadən bildirir ki, nazirlər 2050-ci ilə qədər ev təsərrüfatlarında enerji xərclərini azaltmaq məsələsini müzakirə ediblər.

Komissiyanın 2021-ci ilin dekabrında qaz bazarlarının dekarbonizasiyası, hidrogenin təşviqi və metan emissiyalarının azaldılması üçün yeni Aİ təklifinə müraciət edərək AB Komissiyasının Ukrayna və Moldovada enerji sektorunun vəziyyəti barədə nazirləri məlumatlandırdığı bildirilib.

Görüşdən sonra Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela və Aİ-nin enerji komissarı Simson birgə mətbuat konfransı keçiriblər. Sikela bildirib ki, bu görüşdə qaz bazarının tənzimlənməsi məsələsi müzakirə olunub. Nazirlər Rusiya qazından asılı olmayan gələcək üçün orta və uzunmüddətli perspektivdə hansı addımların atılacağı ilə bağlı danışıqlar aparıb.

//Safura Bənnayeva, Editor.az