Azərbaycanda AİLƏ FACİƏSİ: biri mal dərmanı ilə, o biri isə…backend

Azərbaycanda AİLƏ FACİƏSİ: biri mal dərmanı ilə, o biri isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmirdə iki azyaşlı kimyəvi maddə içərək zəhərlənib.

Editor.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Köhünlü və Ərşəli kəndlərində qeydə alınıb.

Belə ki, rayonun Köhünlü kənd sakini, 2019-cu il təvəllüdlü Tağızadə M.V. oğlu səhvən mal dərmanı, rayonun Ərşəli kənd sakini, 2022-il təvəllüdlü Hüseynov İ.R. oğlu isə səhvən Naftalan yağı içərək zəhərlənib.

Hər iki uşaq dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda fakt araşdırılır.