Azərbaycanda qız anasını döydükdən sonra bıçaqlayıb.
Editor.az sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə “Xəzər” televiziyasında yayımlanan “Səni axtarıram” verilişində məlumat verilib.
Verilişə çıxan Mehriban adlı qadın bildirib ki, qızı Aysel 6 il öncə rəfiqəsinin evindən yoxa çıxıb:
“Qızımın 24 yaşı vardı. Pis yola düşmüşdü. Aysel 18 yaşında evi tərk edərək, kirayə çıxmışdı. Sevinc adlı qadınla yaşayırdı. Aysel Sevincin yanından 6 il öncə yoxa çıxdı. Qızım rus əsili qonşumuzun qızı Fidanla rəfiqə olmuşdu. Görürdüm ki, Aysel çox dəyişib. Sözümə də baxmırdı. Mən Ayselin Fidanla görüşməyinə qadağa qoymuşdum. Sonra bilmişəm ki, Aysel Fidanla gizlin görüşməyə davam edib. Fidanla görüşməyə icazə vermədiyimiz üçün 3 gün evə gəlmədi. Sonra Ayseli Fidangilin evində tapdım. Həmin an qızım üstümə hücum çəkib məni tanımadığını dedi. Ondan sonra həyatı məhv oldu. Aysel mənə zəng eləyib “ev tutmuşam, gəl görüşək” dedi. Gördüm ki, qızım Sevinc adlı qadınla kirayədə yaşayır. 6 il öncə Aysel Sevinci döyüb, öz pullarını götürərək evdən gedib. Qızımı bütün kafelərdə, barlarda axtardım. Mənə elə gəlir ki, qızımın başında bir bəla var. Qızım atasını 16 yaşında tanıyıb. Yaxşı münasibətləri var idi. Lakin sonra atası ilə də münasibəti korlandı. Ayselin ikinci həyat yoldaşımla da münasibəti soyuq idi”.
Qızın anasını bıçaqlanması barədə verilişin aparıcısı Xoşqədəm Hidayətqızı bildirib.

