“Azərbaycan cəmiyyəti bölgədə formalaşmış sülh mühitində yaşamağa uyğunlaşır” – Prezidentbackend

“Azərbaycan cəmiyyəti bölgədə formalaşmış sülh mühitində yaşamağa uyğunlaşır” – Prezident

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Azərbaycan cəmiyyəti artıq bölgədə formalaşmış yeni reallıqda və sülh mühitində yaşamağa uyğunlaşır. Ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin inkişafı baxımından vacib işlər görüldü”.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin amerikalı həmkarı Donald Trampa ünvanladığı məktubda yer alıb.

Məktubda həmçinin qeyd edilib ki, Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlər aradan qaldırıldı, Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən isə taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac olunmağa başladı.

“Biz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur, onu daha da möhkəmləndirmək və əməli fəaliyyətə çevirmək, qarşılıqlı etimad mühitini formalaşdırmaq üçün səylərimizi davam etdiririk”, – dövlətimizin başçısı vurğulayıb.