Finlandiya və İsveç 38 ildən sonra dəmir yolu əlaqəsini bərpa edirbackend

Finlandiya və İsveç 38 ildən sonra dəmir yolu əlaqəsini bərpa edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya və İsveç arasında sərnişin dəmir yolu əlaqəsi 38 illik fasilədən sonra bərpa olunur.

Editor.az xəbər verir ki, Finlandiyanın Yle yayımçısının məlumatına görə, qatarlar avqustun 10-dan etibarən Finlandiyanın Oulu şəhəri ilə İsveçin Haparanda şəhəri arasında gündə iki dəfə hərəkət edəcək.

Marşrut üzrə səfərin müddəti təxminən 1 saat 40 dəqiqə təşkil edəcək.

Finlandiyadan İsveçə sərnişin qatarlarının hərəkəti 1988-ci ildə dayandırılmışdı. Əks istiqamətdə — İsveçdən Finlandiyaya qatar reysləri isə 1992-ci ildə sona çatmışdı. Beləliklə, iki ölkə arasında birbaşa sərnişin dəmir yolu əlaqəsinin tam bərpası üçün 30 ildən çox vaxt lazım olub.

//Gülnarə Abasova, Editor.az