Oman sahillərində yük gəmisinə hücum edilibbackend

Oman sahillərində yük gəmisinə hücum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oman sahillərində yük gəmisi atəşə tutulub və nəticədə gəmidə yanğın baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

“UKMTO Xasabdan (Oman) 18 dəniz mili şərqdə insident barədə məlumat alıb. Yoxlanılmış mənbədən əldə edilən məlumata görə, gəmi naməlum mərmi ilə vurulub və nəticədə göyərtədə yanğın baş verib. Yanğın söndürülüb”, – deyə koordinasiya mərkəzindən bildirilib.

UKMTO gəminin və ekipajın təhlükəsizlikdə olduğunu açıqlayıb. Gəminin növü və adı barədə məlumat verilməyib.