Odessa gecə boyu atəş altında qaldı: Raket və dronlarla kütləvi HÜCUM – FOTO – VİDEObackend

Odessa gecə boyu atəş altında qaldı: Raket və dronlarla kütləvi HÜCUM – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Odessa vilayətinə dron və raketlərlə hücum edib. Nəticədə vilayət mərkəzində elektrik enerjisi və su təchizatında fasilələr yaranıb, bir neçə dinc sakin yaralanıb.

Oxu.Az bu barədə UNIAN-a istinadən xəbər verir.

Şəhərdə partlayış səsləri eşidilib, hücum bir neçə saat davam edib. Rusiya pilotsuz uçuş aparatları yaşayış binalarının üzərindən, o cümlədən aşağı hündürlükdə uçublar.

“Şəhərin bir neçə rayonunda yaşayış binaları dağılıb. Həmçinin avtomobillər yanıb. Bütün operativ və kommunal xidmətlər hadisə yerindədir. Təfərrüatı dəqiqləşdiririk”, – deyə Odessa Hərbi Administrasiyasının rəhbəri Sergey Lısaq bildirib.

Elektrik enerjisi və su təchizatındakı fasilələrin miqyasının nə qədər böyük olduğu hələlik məlum deyil. Şəhərdə yanıq qoxusu hiss olunur, yerli sakinlər zərbələr nəticəsində yanğınların baş verdiyini bildirirlər.

Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, kütləvi kombinə edilmiş hücum nəticəsində azı səkkiz nəfər xəsarət alıb.

“Düşmən onlarla raket və dronlardan istifadə edib. İnfrastruktur obyektləri və yaşayış binaları zədələnib. Ən böyük dağıntılara Odessa məruz qalıb. İki rayonda bir neçə yaşayış binası zədələnib və qismən dağılıb. Həmçinin sakinlərə məxsus avtomobillər yanaraq məhv olub və zədələnib”, – deyə məmur vurğulayıb.

O qeyd edib ki, yaralanan səkkiz nəfərdən yeddisinin vəziyyətini həkimlər orta-ağır qiymətləndirirlər. Zərərçəkənlərin əksəriyyəti qəlpə yaraları alıb.