Rusiya Prezidenti Vladimir Putin Rusiyanın sərhədlərini bağlamağa və səfərbərlik elan etməyə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, belə bir iddia ilə Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib.
Onun sözlərinə görə, Rusiya Moskva ətrafında üç hava hücumundan müdafiə xətti yerləşdirib. Həmçinin iddia edib ki, Rusiya öz ərazisində 30-50 min Şimali Koreya vətəndaşını yerləşdirməyi planlaşdırır. Onların Ukraynadakı müharibənin təcrübəsini öyrənəcəyi bildirilir.
Zelenski əlavə edib ki, Ukraynanın uzaqmənzilli əməliyyatlarından biri Rusiyaya təxminən 1 trilyon rubl həcmində zərər vurub.

