Pezeşkian Müctəba Xamenei ilə görüşüb – FOTObackend

Pezeşkian Müctəba Xamenei ilə görüşüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İran Prezidenti Məsud Pezeşkian prezidentlik müddətinin üçüncü ilinin başlanması ilə əlaqədar İranın ali rəhbəri Müctəba Xamenei ilə görüşüb.

Oxu.Az bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir.

İranın ali rəhbərinin rəsmi “Telegram” kanalının məlumatına görə, görüşdə ölkənin iqtisadi vəziyyəti, xüsusilə, əhalinin gündəlik tələbatının təmin edilməsi və zəruri məhsulların tədarükü məsələləri müzakirə olunub.

Tərəflər ölkədəki mövcud vəziyyəti və qarşıdakı dövr üçün perspektivləri nəzərdən keçiriblər. Görüşdə hərbi sahə, maliyyələşmə mənbələrinin müəyyənləşdirilməsi, milli və xarici valyuta ilə bağlı məsələlər, eləcə də enerji sektorunda xərclərin idarə olunması barədə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, İranın xarici tərəfdaşlarla iqtisadi əməkdaşlığının genişləndirilməsi məsələsinə xüsusi diqqət yetirilib.