Bakı sakinini dəniz kənarında avtomobil vurubbackend

Bakı sakinini dəniz kənarında avtomobil vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Editor.az APA-ya istinadən bildirir ki, hadisə Bilgəh qəsəbəsində Xəzər dənizinin sahilində qeydə alınıb.

2002-ci il təvəllüdlü Yusifzadə Cəlal Elman oğlu dəniz kənarında gəzərkən onu minik avtomobili vurub.

C.Yusifzadə xəstəxanaya yerləşdirilib. O, döş qəfəsinin və çanağının sınığı diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.