Bakıda oğurluqla məşğul olan şəxslər tutulub.
Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, narkotik vasitə ilə tutulmuş R.Hüseynovun ətrafında Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini X.İsayevlə birgə yük avtomobilləri parkından 150.000 manat dəyərində 15 ədəd avtomobil soyuducusu, 15 ədəd akkumulyator, 15 ədəd soyuducu mühərriki, boru və kabellər oğurlaması da müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə X.İsayev də saxlanılmışdır.

