Bakıda körpələr evində yanğın olubbackend

Bakıda körpələr evində yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtdakı 332 nömrəli körpələr evi-uşaq bağçasında məhdud hissədə yanğın baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.

Bağçadakı uşaqların və işçilərin, həmçinin yaxın ərazidə yerləşən 162 nömrəli tam orta məktəbin şagird və müəllim kontingentinin təhlükəsizliyi təmin olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.