Həkim süd məhsullarının istehlakı ilə bağlı mümkün riskləri açıqlayıbbackend

Həkim süd məhsullarının istehlakı ilə bağlı mümkün riskləri açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baytarlıq preparatlarının metabolitləri heyvanların müalicəsindən sonra orqanizmdən gec xaric olunduğu üçün süd, kəsmik və digər süd məhsullarına keçə bilər.

Editor.az xəbər verir ki, bu barədə qastroenteroloq və “Hemotest” laboratoriyasının mütəxəssisi Yekaterina Kaşux “İzvestiya” qəzetinə müsahibəsində məlumat verib.

Mütəxəssis bildirib ki, istifadə müddəti və təhlükəsizlik qaydaları pozulduqda albendazol sulfon maddəsi süd məhsullarına keçə bilər:

“Albendazol sulfon südə, daha sonra isə kəsmik və digər süd məhsullarına keçir. Südün emalı zamanı bu maddə tam yox olmur və son məhsulda qala bilər”.

Həkimin sözlərinə görə, albendazol müalicəvi dozalarda istifadə olunduqda mədə-bağırsaq sistemində müəyyən yan təsirlər yarada bilər. Bunlara ürəkbulanma, qarın ağrısı və ishal daxildir. Uzunmüddətli istifadə isə qaraciyərə əlavə yük yarada bilər.

Qastroenteroloq əlavə edib ki, belə süd məhsullarının birdəfəlik qəbulu əksər hallarda sağlam yetkin insanlarda ciddi mənfi təsir yaratmır. Əgər hər hansı narahatlıq əlaməti yoxdursa, həmin məhsulları qida rasionundan çıxarmaq və vəziyyəti izləmək tövsiyə olunur. Əlamətlər güclənərsə, dərhal həkimə müraciət etmək vacibdir.

//Gülnarə Abasova, Editor.az