Tramp: İran Hörmüz boğazının bağlanmasını istəmirbackend

Tramp: İran Hörmüz boğazının bağlanmasını istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Hörmüz boğazının bağlanmasında maraqlı deyil, əksinə onun açıq qalmasını istəyir. O iddia edib ki, hazırkı blokada Tehranı ciddi iqtisadi itkilərlə üz-üzə qoyur.

Editor.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Donald Tramp qeyd edib ki, İran Hörmüz boğazı vasitəsilə gündəlik təxminən 500 milyon dollar gəlir əldə edir. Bu səbəbdən də Tehran rəhbərliyi boğazın bağlanmasını deyil, açıq qalmasını dəstəkləyir.

Tramp Truth Social platformasında paylaşdığı açıqlamada belə deyib:

“İran Hörmüz boğazının bağlanmasını istəmir, əksinə onun açıq qalmasını istəyir. Çünki bu yolla gündə 500 milyon dollar gəlir əldə edir. Boğazın bağlanmasını istədiklərini demələrinin yeganə səbəbi mənim oranı tam blokada altına almağımdır. Sadəcə olaraq nüfuzlarını qorumağa çalışırlar. Dörd gün əvvəl bəzi şəxslər mənə gəlib dedilər ki, İran boğazın dərhal açılmasını istəyir. Lakin bunu etsək, İranla heç vaxt razılıq əldə etmək mümkün olmayacaq, əlbəttə, ölkənin qalan hissəsini, liderləri də daxil olmaqla, məhv etmədiyimiz təqdirdə”.

//Gülnarə Abasova, Editor.az