Ukraynadakı müharibədə iki qardaş bir gün fərqlə həlak oldubackend

Ukraynadakı müharibədə iki qardaş bir gün fərqlə həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 20-də cəbhədə bir gün fərqlə həlak olan iki qardaş Kirovoqrad vilayətində dəfn edilib.

“Azadlıq” Radiosunun məlumatına görə, qardaşlar Vodyane kəndindəki ortaq məzarlıqda birlikdə dəfn ediliblər. Əsgərlərlə vida mərasiminə yüzlərlə insan gəlib. Oleq Zaliznyakın 33, Kostyantının isə 29 yaşı olub.

Qardaşlar Rusiya pilotsuz təyyarələrinin zərbələri nəticəsində həlak olublar. Petrivske kənd şurasının məlumatına görə, böyük qardaş aprelin 14-də Donetsk vilayətindəki Kostyantınıvka yaxınlığında, kiçik qardaş isə ertəsi gün Zaporojye bölgəsindəki Kamışevaxa yaxınlığında əbədiyyətə qovuşub. Bəyanatda deyilir: “Qardaşlar həmişə bir-birini dəstəkləyirdilər. Eyni hissədə xidmət edirdilər. Həmişə əlaqə saxlayırdılar. Bir-birinin dəstəyini hiss edirdilər. Bir-birinin gücü və dayağı idilər”.

Hər ikisinin həyat yoldaşı qalıb; böyük qardaşın beş yaşlı Melaniya adlı bir qızı var. Radionun sözlərinə görə, aprelin 20-də cəbhədə bir gün fərqlə olan iki qardaş Kirovoqrad bölgüsündə dəfn edilib.

//Samir Qurbanov, Editor.az