İsrailin Baş naziri Benyamin Netanyahu İran rejiminin yaratdığı birbaşa nüvə təhdidinin aradan qaldırıldığını elan etdi.
O, bu açıqlamanı Qüdsdə keçirilən dövlət dəfn mərasimindəki çıxışı zamanı verib və mərasim bütün İsrail televiziya kanallarında canlı yayımlanıb.
Netanyahu iddia edib ki, İran minlərlə ballistik raketdən istifadə edərək yəhudi dövlətinə hücum planlaşdırır. O, böyük bir fəlakətin qarşısını almaq üçün İsrail ordusunun qətiyyətli hərəkətlərini və ABŞ-ın birbaşa hərbi dəstəyini qeyd edib.
“Lakin bu baş vermədi, çünki böyük dostumuz ABŞ ilə birlikdə İran rejiminin məhv maşınını əvvəlcədən darmadağın etdik. Özümüzə qarşı birbaşa mövcudluq təhlükəsini aradan qaldırdıq.” – Benyamin Netanyahu vurğulayıb.
//Samir Qurbanov, Editor.az

