İran qarşıdan gələn FİFA Dünya Kubokunda iştirak edə bilər, lakin müəyyən şərtlər yerinə yetirilməlidir.
Bunu İslam Respublikasının İdman Naziri Əhməd Donyamali bildirib. Onun sözlərinə görə, İran komandası oyunçularının təhlükəsizliyi təmin olunarsa, yarışda iştirak edə bilər. “Əgər ABŞ-dakı milli komanda oyunçularının təhlükəsizliyi təmin olunarsa, biz Dünya Kubokuna gedəcəyik.” – Əhməd Donyamali deyib.
Lakin iştirakla bağlı son qərarı hökumət və İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası verəcək.
//Samir Qurbanov, Editor.az

