Ürək tutması riskini iki dəfə artıran amil müəyyən edilibbackend

Ürək tutması riskini iki dəfə artıran amil müəyyən edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Elmlər Akademiyasının üzvü, Almazov Milli Tibb Araşdırmaları Mərkəzinin elmi işlər üzrə baş direktor müavini və Arterial Hipertoniya Araşdırmaları şöbəsinin rəhbəri Aleksandra Konradi bildirib ki, yüksək təzyiq əleyhinə dərmanların qəbulu ilə bağlı həkim göstərişlərinə əməl olunmaması infarkt və insult riskini təxminən 1,5–2 dəfə artırır.

Editor.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Mütəxəssisin sözlərinə görə, hipertoniyanın müalicəsinə düzgün riayət edilməməsi ağırlaşmalar riskini əhəmiyyətli dərəcədə yüksəldir və bu, müstəqil risk faktoru hesab olunur. Buna görə də müalicə rejiminə sadiqlik xüsusi əhəmiyyət daşıyır.

“Bütün zəruri şərait yaradıla bilər: klinik protokollar hazırlanır, xəstəxanalar qurulur, həkimlər təlim keçir, xəstələr dövlət dəstəyi ilə dərman alır. Lakin preparatlar düzgün qəbul edilməzsə, bütün səylər nəticəsiz qalır. Həkimin təyin etdiyi hər bir dərmanı qəbul etmək vacibdir”, – deyə Konradi vurğulayıb.

Qeyd olunub ki, hipertoniyanın müalicəsində aşağı uyğunluq xəstənin təyin olunan antihipertenziv dərman rejiminə əməl etməməsi deməkdir. Bu isə arterial təzyiqin lazımi səviyyədə nəzarətdə saxlanılmamasına və ürək-damar fəsadları riskinin artmasına səbəb olur.

Həkim əlavə edib ki, insanlar çox vaxt sağlamlıqlarının pisləşdiyini hiss etdikdə narahat olmağa başlayırlar. Bəziləri isə vəziyyət kritik həddə çatana qədər problemləri görməzlikdən gəlməyə üstünlük verir və hətta həkim məsləhəti alsalar belə, vərdişlərini dəyişmək istəmirlər.

//Gülnarə Abasova, Editor.az