Piri Axundov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində tədris və təlim işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Editor.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Piri Axundov 2001-ci ildə Gəncə Dövlət Universitetində tarix ixtisası üzrə bakalavriat, 2009-cu ildə isə Naxçıvan Dövlət Universitetində türk dünyası tarixi ixtisası üzrə magistratura təhsili alıb.


