Birləşmiş Ərəb Əmirlikləri dollardan imtina edirbackend

Birləşmiş Ərəb Əmirlikləri dollardan imtina edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BƏƏ və ABŞ Yaxın Şərqdəki münaqişə fonunda Əmirliklərin maliyyə dəstəyi alması ehtimalı ilə bağlı danışıqlara başlayıblar.

“The Wall Street Journal” qəzeti Əmirliklərə və ABŞ rəsmilərinə istinadən xəbər verir ki, BƏƏ-nin ABŞ-a dollar çatışmazlığı yaranacağı təqdirdə beynəlxalq hesablaşmalarda digər valyutalara keçmə ehtimalı barədə xəbərdarlıq etdiyi bildirilir. Əmirliklər Çin yuanını və ya digər valyutaları neft satışı və digər əməliyyatlar üçün ABŞ dollarının əvəzedicisi kimi görürlər.

Nəşr qeyd edir ki, BƏƏ-nin dollardan imtina etməsi hazırda qlobal qarşılıqlı hesablaşmalar bazarında dominantlıq edən ABŞ dolları üçün gizli təhlükə yaratması və qismən də neft əməliyyatlarında istifadə edilməsi ilə bağlı ola bilər. “The Wall Street Journal” qeyd edir ki, BƏƏ-nin milli valyutası olan dirhəm ABŞ dollarına bağlıdır və təxminən 270 milyard dollarlıq valyuta ehtiyatları ilə dəstəklənir.

//Samir Qurbanov, Editor.az