ABŞ-ın 2025-ci ilin iyun ayında keçirdiyi hərbi əməliyyat İrandakı bütün nüvə obyektlərini məhv edib.
Bunu ABŞ prezidenti 21 apreldə “TruthSocial” sosial media platformasında bildirib. “Gecəyarısı Çəkic Əməliyyatı” İranın nüvə obyektlərinin tamamilə və qəti şəkildə məhv edilməsi idi. Buna görə də, onların yenidən qurulması uzun və çətin bir proses olacaq.
Saxta Xəbərlər CNN və digər korrupsiyalaşmış media şəbəkələri və platformaları görkəmli pilotlarımıza dəyər vermir – həmişə onların nailiyyətlərini alçaltmağa və azaltmağa çalışırlar”, – deyə Tramp yazıb.
//Samir Qurbanov, Editor.az

