Lyayenin Türkiyə haqqında açıqlaması Avropanı qarışdırdı – Ankara izahat tələb etdibackend

Lyayenin Türkiyə haqqında açıqlaması Avropanı qarışdırdı – Ankara izahat tələb etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyası (AK) qurumun sədri Ursula fon der Lyayenin Türkiyə haqqında etdiyi mübahisəli çıxışına görə vəziyyətdən çıxış yolu axtarır.

Oxu.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Nəşrin xatırlatmasına görə, aprelin 19-da fon der Lyayen Avropa İttifaqının genişlənməsi məsələsinə toxunarkən qeyd edib ki, təşkilat Rusiya, Türkiyə və ya Çinin təsir göstərə bilməməsi üçün bütün Avropa qitəsini əhatə etməlidir. Adı açıqlanmayan mənbənin sözlərinə əsasən, sonradan Türkiyə fon der Lyayenin bəyanatının mətbuata nə dərəcədə düzgün ötürüldüyünü aydınlaşdırmaq məqsədilə AK-yə rəsmi sorğu göndərib. Avropa Komissiyasından isə bildirilib ki, həmin fikirlər sadəcə olaraq kontekstdən çıxarılıb.

“Türkiyənin adının çəkilməsi onun xüsusilə Qərbi Balkanlarda olan geosiyasi təsirinin, miqyasının və ambisiyalarının etirafı idi və heç bir halda başqa bir dövlətlə müqayisə xarakteri daşımırdı”, – deyə AK-nin mətbuat xidmətinin rəhbəri Paula Pinyo vurğulayıb. Agentliyin qeyd edir ki, bu yanlışlıq olduqca əlverişsiz bir vaxtda baş verib. Belə ki, hazırda Aİ İran ətrafında yaranmış münaqişə nəticəsində formalaşan qlobal qeyri-sabitlik fonunda öz müttəfiqlik əlaqələrini daha da gücləndirməyə cəhd edir.