ABŞ Xəzinədarlıq Nazirliyinin rəsmi internet saytında yayımlanan məlumata əsasən, qurum İrana qarşı tətbiq olunan sanksiyaların siyahısını genişləndirib.
Editor.az xəbər verir ki, sanksiya siyahısına səkkiz İran vətəndaşı, həmçinin İran, BƏƏ və Türkiyədə fəaliyyət göstərən dörd şirkət daxil edilib. Həmin şirkətlər bunlardır: Chabok FZCO (Chabok Aviation adı ilə də tanınır), Emti Fiber Textile Import Export Trade Limited Company, Saman Air Services və Sepehr Kaveh Kish International Trading Company.
Bundan əlavə, İranın Mahan Air aviaşirkətinə məxsus iki ədəd Boeing 777-200ER təyyarəsi də qara siyahıya salınıb.
Qeyd edək ki, İran və ABŞ arasında danışıqların ikinci mərhələsinin 22 aprel, çərşənbə günü səhər saatlarında İslamabadda keçirilməsi gözlənilir.
//Gülnarə Abasova, Editor.az

