Bakıda ŞOK HADİSƏ: Fahişəlik edən müğənninin başına oyun açdılar – Çılpaq halda qaçdı – FOTObackend

Bakıda ŞOK HADİSƏ: Fahişəlik edən müğənninin başına oyun açdılar – Çılpaq halda qaçdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin iyul ayında Bakı şəhər Nizami rayonu Qara Qarayev prospektində yerləşən mənzildə 1988-ci il təvəllüdlü Aysu Muradovanın (şərti ad-soyadlı) bıçaqlanması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hadisəni törətmiş Lənkəran rayon sakini, Bakı şəhər Nərimanov rayonunda yaşayan 1997-ci il təvəllüdlü Əsgər Məmişov (şərti ad soyadlı) barəsində Cinayət Məcəlləsinin 29.120.2.2-ci (Xuliqanlıq niyyətilə adam öldürməyə cəhd) maddəsi ilə açılmış işin araşdırılması zamanı bəzi faktlar üzə çıxıb.

Bəlli olub ki, A.Muradova daha əvvəl ailəli olub və 1 azyaşlı qızı var. O, 2017-ci ildə həyat yoldaşından boşandıqdan sonra müğənni kimi toylarda və şou proqramlarda çıxış edib. Həmçinin fahişəliklə məşğul olan Aysu özünə teleqram sosial şəbəkəsində qrup yaradaraq orada 150 manat müqabilində cinsi əlaqədə olduğunu qeyd edib.

Nizami rayonu Q.Qarayev prospektində 350 manata tutduğu kirayə mənzildə müxtəlif şəxslərlə cinsi əlaqəyə girərək fahişəlik edən A.Muradova iyulun 16-da həmin mənzildə hadisədən bir neçə gün əvvəl teleqramda tanış olduğu Əsgərlə görüşüb. 100 manat pul müqabilində görüşə razılaşdıqdan sonra onlar mənzildə cinsi əlaqədə olublar. Lakin bir qədər keçdikdən sonra Ə.Məmişov başqa təkliflər də etdiyini görən A.Muradova ondan evi tərk etməsini tələb edib. Bu zaman 24 yaşlı Əsgər mətbəxə daxil olaraq bıçaq götürüb və qadına hücum edərək onu bıçaqlamağa başlayıb. Aysu yalvarsa da, Əsgər onu qəsdən öldürmək məqsədilə bıçaq zərbələri endirməyə davam edib. Qadının çığırdığını, köməyə adam çağırdığını görən şəxs daha sonra əlinə keçən dəsmalı götürərək onu boğmağa çalışıb.

Məlumata görə, hadisə vaxtı hər iki şəxs çılpaq vəziyyətdə olub. A.Muradova aktiv müqavimət göstərərək Əsgərin əlindən çıxmağı bacarıb və qapını açaraq binanın pilləkəninə çıxıb. Çılpaq halda həyətə çıxmaq istəməyən qadın qan içində pilləkənlə 5-ci mərtəbəyədək qaçıb və qonşuları köməyə çağırıb. Əsgər Məmişov yaxalanacağını görərək paltarlarını götürərək evdən qaçıb və Bakını tərk edərək Lənkərana qaçıb. Bir qədər sonra isə o, saxlanılıb. A.Muradova isə xəstəxanaya çatdırılaraq əməliyyat edilib.

Məhkəmədə ifadə verən hadisənin baş verdiyi evin sahibi mənzili A.Muradovaya aylıq 250 manata kirayə verdiyini, onu müğənni kimi tanıdığını, fahişəliklə məşğul olduğunu bilmədiyini deyib.

İfadə verən qonşular isə A.Muradovanın pilləkəndə qan içində oturduğunu gördüklərini və polisə məlumat verdiklərini deyiblər.

Təqsirləndirilən şəxs A.Muradovanın daha əvvəl ondan qızının xəstə olduğunu bildirərək xeyli pul aldığını bildirib və həmin pulu geri almağa çalışarkən belə bir hadisənin baş verdiyini iddia edib. Lakin məhkəmədə bu barədə dəlillər təqdim edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Məmişov Cinayət Məcəlləsinin 29.120.2.2-ci deyil, 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi üzrə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.