Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andriy Hnatov Ukraynada sülhün yaxınlaşması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
O, bu barədə LIGA.net nəşrinə verdiyi açıqlamada danışıb.
Hnatovun sözlərinə görə, sülhün yaxınlaşmasının əsas göstəricisi cəbhə xəttində Ukrayna hərbçilərinin davam etdirdiyi döyüş fəaliyyətidir. O, qeyd edib ki, bu mərhələdə siyasi proqnozlar verməkdən çəkinir və vəziyyəti hərbi reallıqlar müəyyən edir.
Jurnalistlərin müharibənin 2026-cı ilin noyabrında başa çata biləcəyi ilə bağlı sualına cavab olaraq Baş Qərargah rəisi konkret tarixlər barədə şərh verməkdən imtina edib.
Ukrayna hərbi rəhbərliyi bildirir ki, müharibənin gedişi və mümkün sülh perspektivləri birbaşa cəbhədəki vəziyyət və əməliyyatların nəticələri ilə bağlıdır.
//Samir Qurbanov, Editor.az


