Boris Conson Kiyevə gəlibbackend

Boris Conson Kiyevə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın müstəqillik günündə Böyük Britaniyanın baş naziri Boris Conson Kiyevə gəlib.

Editor.az-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında yazıb. “Ukraynanın böyük dostu Boris Consonu Müstəqillik Günündə salamlamağıma şadam. Boris, Rusiyanın tammiqyaslı təcavüzünün ilk günlərindən ölkəmizə güzəştsiz dəstəyə, Ukraynanın maraqlarını qətiyyətlə müdafiə etdiyinə görə, sənə təşəkkür edirəm. Dövlətimizin bəxti gətirib ki, belə bir dostumuz var”.

Conson, Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri Ukraynaya səfər edən ilk G7 lideridir və ötən müddət ərzində o, artıq iki dəfə Ukrayna paytaxtına səfər edib. Bildiyiniz kimi, hakimiyyət orqanları 23 və 24 avqust tarixlərini raket hücumu təhlükəsi ilə əlaqədar ən təhlükəli günlər adlandırırdılar. Buna baxmayaraq, avqustun 23-də səhər saatlarında Polşa prezidenti Anjey Duda Kiyevə gəlmişdi. Bu gün isə Böyük Britaniyanın baş naziri Ukrayna paytaxtına təşrif buyurub.

  //Samir,Editor.az