Böyük savaşın ayaq səsləri eşidilir: Rusiya Ukrayna ilə sərhədə 400-dən çox təyyarə və 300 helikopter cəmləşdiribbackend

Böyük savaşın ayaq səsləri eşidilir: Rusiya Ukrayna ilə sərhədə 400-dən çox təyyarə və 300 helikopter cəmləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukrayna ilə sərhədə 400-ə yaxın təyyarə və 300 helikopter cəmləşdirib. Editor.az bildirir ki, “Kanal 24” məlumat verib: “Çox güman ki, onlar havadan hücum etməyə çalışacaqlar. Amma təəssüf ki, bizim “F-16” və ya digər qırıcıları yerləşdirməyə vaxtımız olmayacaq.

Ona görə də biz əlimizdə olan təyyarələrlə və hava hücumundan müdafiə sistemləri ilə həmin təyyarələrlə döyüşməli olacağıq”, – hərbi analitik, Milli Qvardiyanın ehtiyatda olan mayoru, Rusiya-Ukrayna müharibəsinin veteranı Aleksey Getman deyib.

Onun sözlərinə görə, Rusiyanın kifayət qədər çox təyyarəsi var – hardasa 2000-dən çox. Getman əlavə edib ki, Ukrayna bu gün Rusiyadan təxminən 10 dəfə az təyyarəyə malikdir. O hesab edir ki, ruslar havadan hücuma başlasalar, bu, quruda da hücumu dəstəkləməkdə onlara müəyyən fayda verə bilər.

  //Samir Qurbanov, Editor.az