Can Yamandan sevgilisinə maraqlı evlilik təklifi – VİDEObackend

Can Yamandan sevgilisinə maraqlı evlilik təklifi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli aktyor Can Yaman italiyalı aparıcı sevgilisi Diletta Leottaya evlilik təklif edib.

Editor.az axşam.az-a istinadən bildirir ki, aktyor təyyarənin arxasına “Diletta mənimlə evlənərsən? Səni sevirəm, Can” sözlərini yazdırıb. Bu yazı bir neçə saat səmada qalıb.

Aparıcının cavabı isə hələ ki, bəlli deyil.

Qeyd edək ki, bir müddət əvvəl Canın Romada tanış olduğu Diletta Leotta ilə yaşadığı sevgi münasibətinin saxta olduğu iddia edilirdi. Dilettanın keçmiş sevgilisi Daniel Skardina ilə gizli görüşməyə davam etdiyi deyilir.

İddialara görə, bu eşq münasibəti Can Yamanın İtaliyada şöhrətini artırmaq üçün qurulub.