52 yaşlı iş adamı Aydın Çavuşoğlu Alanya rayonundakı ofisində güllə yarası ilə yaralı vəziyyətdə tapılıb.
Editor.az “Unikal”a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, A.Çavuşoğluya məxsus yanacaqdoldurma məntəqəsində silah səsləri eşidilib. Hadisədən sonra işçiləri Çavuşoğlunu ofisində yaralı vəziyyətdə tapıblar. Məlumatdan sonra əraziyə səhiyyə və təhlükəsizlik qrupları göndərilib.
Ağır yaralandığı bildirilən Çavuşoğlu xəstəxanaya aparılıb və ilkin müalicədən sonra əməliyyat olunub. Aydın Çavuşoğlunun səhhəti kritik olaraq qalır.
Təhlükəsizlik qüvvələri hadisənin baş verdiyi ofis və yanacaqdoldurma məntəqəsində araşdırma aparır.
Qeyd edək ki, Aydın Çavuşoğlu Türkiyənin keçmiş xarici işlər naziri, AK Partiya Antalya millət vəkili Mövlud Çavuşoğlu ilə “Alanyaspor” klubunun prezidenti Həsən Çavuşoğlunun qardaşıdır.

