Ofisində güllələnən Çavuşoğlunun qardaşı ilə bağlı SON DƏQİQƏ: DETALLAR BƏLLİ OLDU – VİDEObackend

Ofisində güllələnən Çavuşoğlunun qardaşı ilə bağlı SON DƏQİQƏ: DETALLAR BƏLLİ OLDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı, tanınmış iş adamı Aydın Çavuşoğlu Antalyanın Alanya rayonunda öz ofisində silahla vurulmuş halda tapılıb.

Musavat.com “Haberler.com” portalına istinadən xəbər verir ki, hadisə iş adamına məxsus yanacaqdoldurma məntəqəsindəki ofisdə baş verib.

Dünən axşam saatlarında ofisdən gələn silah səsindən sonra hadisə yerinə dərhal hüquq-mühafizə və təcili yardım briqadaları cəlb olunub.

Ağır yaralı halda tapılan 52 yaşlı Aydın Çavuşoğlu xəstəxanaya çatdırılaraq təcili əməliyyat edilib. Hazırda reanimasiya şöbəsində yerləşdirilən iş adamının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı Antalya valisi Hulusi Şahin xəstəxanaya gələrək yaralının vəziyyəti ilə maraqlanıb və ailə üzvlərinə dəstəyini ifadə edib.

Sabiq nazir Mövlud Çavuşoğlunun hadisə zamanı xaricdə olduğu, lakin xəbər alan kimi Türkiyəyə qayıtmaq üçün yola düşdüyü qeyd edilib.

Xəstəxana ətrafında böyük izdiham yaşanarkən, polisin hadisə yerində və yanacaqdoldurma məntəqəsində araşdırmaları davam edir.

Faktla bağlı genişmiqyaslı təhqiqat başladılıb.