Çin liderinin Aİ liderləri ilə görüşü: Çin və Avropa dəyişən dünyada sabitlik yaratmalıdırbackend

Çin liderinin Aİ liderləri ilə görüşü: Çin və Avropa dəyişən dünyada sabitlik yaratmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Prezidenti Si Cinpin Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə videokonfrans formatında görüşüb.

Editor.az xəbər verir ki, CCTV-nin məlumatına görə Si vurğulayıb ki, Pekin və Brüssel dəyişən qlobal vəziyyətdə sabitliyi birlikdə təmin etməlidir.

Çin lideri Çin və AB-nin ikitərəfli əlaqələr və dünyada sülhün təmin olunması ilə bağlı mühüm mövzularda daha çox əməkdaşlığının vacibliyini də diqqətə çəkib.

Onu da qeyd edək ki, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Dai Bing bəyan edib ki, Rusiyaya qarşı sanksiyaların artırılması və onların əhatə dairəsinin genişləndirilməsi inkişaf etməkdə olan ölkələrə mənfi təsir göstərəcək.

//Gülnarə Abasova, Editor.az