“Cinecitta”da yanğın baş veribbackend

“Cinecitta”da yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın paytaxtı Roma şəhərində yerləşən dünyanın ən böyük, qədim və ən məşhur studiyalarından biri olan “Cinecitta” da güclü yanğın baş verib. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, studiyada bir neçə pavilyon yararsız hala düşüb. Yanğın qısa zaman ərzində nəzarətə alına bilinib, xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş vediyi hələ ki məlum deyil.

Qeyd edək ki, bu studiyada çəkilən 3000 filmdən 90-nı Oskar mükafatına namizəd olub. Onlarda 47-si mükafatı qazanmağa nail olub. Romanın bu studiyasını çoxlu sayda beynəlxalq filmlərin ərsəyə gəlməsi ilə əlaqədar kiçik Hollivud adlandırırlar.

//Nəzərbəy Hacıağayev, Editor.az