Co Bayden qayıtdı Tramp administrasiyasının sosial siyasətini tənqid etdibackend

Co Bayden qayıtdı Tramp administrasiyasının sosial siyasətini tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Co Bayden dövlət başçısı kimi səlahiyyət müddəti başa çatdıqdan sonra ilk dəfə danışıb.

Bayden əlilliyi olan insanlara kömək edən ACRD qeyri-hökumət təşkilatının Çikaqoda keçirilən konfransında iştirak edib. 82 yaşlı eks-prezidentin çıxışı təxminən 30 dəqiqə davam edib. Bayden çıxışında yeni prezident administrasiyasının sosial siyasətini tənqid edib, lakin Donald Trampın adını bir dəfə də olsun çəkməyib.

Xatırladaq ki, Tramp 2024-cü il noyabrın 5-də keçirilən seçkilərdə qalib gələrək 2025-ci il yanvarın 20-də Baydenin yerinə prezident olub.

//Samir Qurbanov, Editor.az