Bakıda kanat yolu bu ərazidə ola bilər: gedişhaqqı isə… – Açıqlamabackend

Bakıda kanat yolu bu ərazidə ola bilər: gedişhaqqı isə… – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun son açıqlaması diqqət çəkib. O, paytaxtda kanat yolunun çəkilmə ehtimalından danışıb.

Sitat: “Bakıda yaxın perspektivdə yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur”.

Kanat yolu paytaxtın hansı hissəsində açıla bilər? Bir nəfər üçün gedişhaqqının nə qədər olması gözlənilir?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, Bakıda bu cür layihəni Bayıldan Bulvar istiqamətinə qədər olan sahədə həyata keçirmək mümkündür.

“Lakin bunun üçün ciddi texniki əsaslandırma aparılmalıdır. Xüsusilə külək və digər amillərlə bağlı geniş təhlillər edilməli, yalnız bundan sonra yekun qərar verilməlidir”.

Ekspert bildirib ki, qiymətlərlə bağlı konkret rəqəm demək çətindir:

“Bu, bir çox amildən asılıdır. Kanat yolunun uzunluğu, relyef xüsusiyyətləri və digər faktorlar qiymətin formalaşmasına təsir edir”.

Qeyd edək ki, hazırda Azərbaycanın bir neçə rayonunda kanat yolu fəaliyyət göstərir. Bunlar arasında Laçın, Balakən, Tufandağ və sair yer alır. Qiymətlər isə təxmini 15-27 manat aralığında dəyişir.