Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİbackend

Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Tbilisi-Bakı dəmiryol marşrutu üzrə birtərəfli biletin qiyməti 81 manat olacaq.

Editor.az  xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumata görə, marşrut üzrə səyahət tarifləri aşağıdakı kimidir:

Bakı – Tbilisi – 81 AZN-dən

Yevlax – Tbilisi – 67 AZN-dən

Gəncə – Tbilisi – 62 AZN-dən

Ağstafa – Tbilisi – 57 AZN-dən

Böyük Kəsik – Qardabani – 51 AZN-dən başlayır.

Qeyd olunub ki, sərnişinlər Bakıdan Tbilisiyə daha rahat, təhlükəsiz və komfortlu şəkildə səyahət edə biləcəklər.

Xatırladaq ki, bu istiqamətdə səfərlər mayın 26-dan başlayacaq.