“Dawson’s Creek” serialının ulduzu James Van Der Beek 48 yaşında vəfat edibbackend

“Dawson’s Creek” serialının ulduzu James Van Der Beek 48 yaşında vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur gənclik dramı Dawson’s Creek-in baş rol ifaçısı James Van Der Beek 48 yaşında dünyasını dəyişib. O, bir müddət əvvəl açıqladığı kolorektal xərçəng xəstəliyi ilə mübarizədə uduzdu.

Editor.az xəbər verir ki, 1998-2003-cü illərdə altı sezon yayımlanan Dawson’s Creek serialında Dawson obrazı ilə tamaşaçılar tərəfindən sevilən Van Der Beek fevralın 11-i səhər sakit şəkildə vəfat edib.

Ailəsinin paylaşdığı bəyanatda deyilir:

“Əziz James David Van Der Beek bu səhər dinc şəkildə aramızdan ayrıldı. O, son günlərini cəsarət, inam və ləyaqətlə yaşadı. Onun arzularından, insanlığa olan sevgisindən və zamanın müqəddəsliyindən çox şey paylaşılacaq — bu günlər mütləq gələcək. Hazırda isə sevdiyimiz həyat yoldaşımızı, atamızı, oğlumuzu, qardaşımızı və dostumuzu itirərkən sülh içində özəl məkan istəyirik.”

Van Der Beek 2024-cü ildə kolorektal xərçəng diaqnozu aldığını açıqlayıb və xəstəliklə uzun müddət mübarizə aparıb.  O, yalnız Dawson’s Creek deyil, həm də “Varsity Blues”, “CSI: Cyber”, “Don’t Trust the B- in Apartment 23” və digər filmlərdə/seriallarda da rol almışdı.

Aktyorun arxasında həyat yoldaşı Kimberly və altı övladı qalıb.

//Gülnarə Abasova, Editor.az