Türkiyə hökumətindəki mənbənin verdiyi məlumata görө, Ankara Ukrayna böhranı ilə bağlı vasitəçiliyə hazır olduğunu bir daha bəyan etməyi planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, Rusiya KİV-inin Türkiyə hökumətindəki mənbəyə istinadən yaydığı məlumata görə, bu barədə bəyanatın Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Bişkekdə keçiriləcək görüşündə səsləndirilməsi nəzərdə tutulur.

